dini radikalizm və ekstremizmlə mübarizə

Yeni “Klip-teatrı”

Yeni  “Klip-teatrı”
Bu günlər Xırdalan Mədəniyyət Mərkəzində yeni yaranan klip-teatrının ilk tamaşasının premyerası oldu. Teatrın quruluşçu rejissoru Emin Heydərovdur. Janr etibarilə teatrın repertuarı başqa teatrlardan fərqlidir. Belə ki, qısa-qısa süjetlər klip vasitəsilə tamaşaçıların ixtiyarına verilir. Daha doğrusu tamaşaçılar səhnədə canli klip izləyirlər. Rejisssorun klassikaya müraciət etməsi, Hüseyn Cavidi səhnədə canlandırması daha maraqla qarşılandı. Bu obrazı istedadlı aktyor Vaqif Ibrahim canlandırdı. O uzun müddətdir ki, teatr sahəsində çalışır. Gənc aktyorlardan Yusif İbrahimli və Əlif Piriyeva və başqaları maraqlı oyun sərgilədi. İnanırıq ki, teatrın ən uğurlu tamaşaları hələ qarşıdadır.

Təranə Feyzullayeva

Oxunub: 1 264
Oxşar xəbərlər
SON XƏBƏRLƏR