Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın başına iş gəlib.
Modelyer müflis olan bir tikinti şirkətinin onun 5 milyon 250 min lirəsini (475 278 AZN) mənimsədiyini açıqlayıb.
Belə ki, İsmayıl 2013-cü ildə şirkətin Esenyurtdakı lüks bir layihə üçün müqavilə bağlayıb. Modelyer 158 kvadratmetrlik ev üçün 280 min dollar (476 000 manat-red.) ödəniş edib. Rüfət hətta pulun bir qismini ödəmək üçün Azərbaycandakı ata evini satıb.
Evin 2015-ci ildə təhvil veriləcəyi deyilsə də, şirkət sözünü tutmayıb. Müxtəlif bəhanələrlə hər dəfə vaxtı uzadan şirkət müflis olduğunu açıqlayıb.
Rüfət artıq məhkəməyə müraciət etdiyini deyib: “İki evdən də oldum. Artıq iki ölkədə də evsizəm. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacağam”.
“Qafqazinfo”
Oxunub: 552