dini radikalizm və ekstremizmlə mübarizə

Qocalma prosesini bu cür gecikdirə bilərsiniz


Yalnız dəri üçün faydalı olduğu düşünülən kollagen əslində saç sağlamlığından qığırdaqlara, üz qırışlarından ürək xəstəliklərinə qədər bütün bədənimiz üçün əvəzolunmaz bir zülaldır. Bəs niyə kollagen itkisi yaşayırıq?

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Cərrahpaşa Tibb Fakültəsi Xəstəxanasının baş həkimi, Dermatologiya şöbəsinin müəllimi Zəkayi Kutlubay “Milliyyət”ə danışıb.

O bildirib ki, dərinin nəmliyini və elastikliyini təmin edən kollagen əlavəsi oynaqda ağrılar azalda bilir. Saç köklərini qorumaqla yanaşı, saçların ağarmasını azaltmağa kömək edir, ürək sağlamlığına müsbət təsir edir.

“Kifayət qədər idman etməmək, siqaret çəkmək, ultrabənövşəyi şüalar və stress kimi faktorlar orqanizmdə kollagenin parçalanmasına səbəb olur. Tərkibində kollagen olan qidalar arasında balıq, toyuq və hinduşka əti, yumurta, yaşıl tərəvəzlər, şaftalı, ərik, ananas, manqo, limon, qreypfrut, portağal, kivi, qovun, kök, balqabaq və kartof var.

İdman etməklə, Omeqa3-lə daha zəngin qidalanaraq, bitki yağlarından qaçaraq, D vitaminimizə nəzarət və stressimizi idarə etməyi öyrənərək kollagenin istehsalına töhfə verə bilərik. Bunları etməklə siz də qocalma prosesini gecikdirə bilərsiniz”, - professor deyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR