dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Bu ilin aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 38,05 Mbit/s təşkil edib.

"APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayı ilə müqayisədə 7,2% artıb.

Cari ilin aprelində ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 4,3 artaraq 15,75 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 53,38 Mbit/s və 12,85 Mbit/s təşkil edib.

Aprel ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 134 ölkə arasında 3 pillə geriləyərək 67-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (190,87 Mbit/s), Cənubi Koreya (186,06 Mbit/s) və Qətər (181,43 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin aprel ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,17 Mbit/s, çıxış sürəti isə 25,54 Mbit/s təşkil edib. Bu göstəricilər mart ayı ilə müqayisədə müvafiq olaraq 6,3 və 3,3% artıb.

Aprel ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 2 pillə geriləyərək 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (245,5 Mbit/s), Cənubi Koreya (241,58 Mbit/s) və Honkonq (SAR) - 240,83 Mbit/s olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 102,12 Mbit/s və 54 Mbit/s olub.

Oxunub: 6 927
Oxşar xəbərlər
SON XƏBƏRLƏR