dini radikalizm və ekstremizmlə mübarizə

“Facebook” və "İnstagram"da nasazlıq yarandı


Dünyanın bir sıra ölkələrində istifadəçilər “Facebook” sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər.

Bu barədə “Report” “Downdetector” portalına istinadən xəbər verir.

Qeyd edilir ki, sosial şəbəkədəki nasazlıq Bakı vaxtı ilə saat 01:00-da olub.

İstifadəçilərin 93%-i sosial şəbəkənin işində çətinliklərlə üzləşiblər, istifadəçilərin 6%-i “Facebook”a daxil olmaqda problemlərin olduğunu qeyd edib.

Portalın məlumatına görə, problemlərlə Rusiya, ABŞ, Polşa, Fransa, Yunanıstan, Böyük Britaniya, Peru, Venesuela və başqa ölkələrdəki sosial şəbəkə istifadəçiləri üzləşiblər. Nasazlığın səbəbləri hələ məlum deyil.

Portal eyni zamanda "Instagram"ın işində də problemərin olduğunu bildirib.

Oxunub: 2 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR