dini radikalizm və ekstremizmlə mübarizə

“Google Chrome” istifadəçiləri! - DİQQƏT

“Google Chrome” istifadəçiləri! - DİQQƏT
Təhlükəsizlik və kriptoqrafiya üzrə ekspert Metyu Qrin öz bloqunda “Google Chrome” internet səyyahının yeni təhlükəli funksiyasından danışıb.

Modern.az xəbər verir ki, ekspert bu səyyah proqramının yeni funksiyasının məxfilik qaydalarını pozduğunu və faktiki olaraq istifadəçilərin xəbəri olmadan onlar haqda məlumat toplayaraq mərkəzə ötürdüyünü bildirib.

Qrin bu proqramda tətbiq edilən yeni funksiyanın işinin istifadəçilərin xəbəri və razılığı olmadan istifadəçi kimi daxil olmağı təmin etmək olduğuna diqqət çəkib.

Beləliklə istifadəçi Google şirkətinin digər xidmətlərindən istifadə zamanı istifadəçi adı ilə daxil olan zaman proqram avtomatik olaraq onun səyyahda da daxil edir.

Bununla da səyyah istifadəçinin daxil olduğu saytların tarixçəsinə giriş əldə edir və onları toplayaraq mərkəzə ötürür.

Qrinin sözlərinə görə bu məxfilik qaydalarını pozur və ən əsası şirkət də bu yeni funksiya barədə istifadəçilər məlumatlandırmayıb.

Oxunub: 839
Oxşar xəbərlər
SON XƏBƏRLƏR