dini radikalizm və ekstremizmlə mübarizə

Zukerberq dünyanın ən varlı insanları siyahısında gerilədi

Zukerberq dünyanın ən varlı insanları siyahısında gerilədi
“Facebook”un yaradıcısı Mark Zukerberq planetin varlı insanları siyahısında 3-cü yeri əldən verib.

Oxu.Az xəbər verir ki, o, “Facebook” şirkətinin səhmlərinin kəskin şəkildə ucuzlaşması ilə 17 milyard dollar itirməsi nəticəsində siyahıda geriləyib.

Onun sərvəti əvvəllər 81,6 milyard dollar idisə, indi bu rəqəm 70,6 milyard dollaradək azalıb.

Planetin varlı insanları siyahısında Zukerberqi amerikalı investor Uorren Baffett, Fransanın “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno və “Inditex” ispan filminin yaradıcısı Amasio Orteqe qabaqlayıb.

Analitiklərin mənfi proqnozlarının yer aldığı rüblük hesabat dərc olunduqdan sonra “Facebook” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb.

Hesabatda deyilir ki, “Facebook”un rüblük gəliri 13 milyard dollar olub. Bu isə planlaşdırılmış göstəricidən az olub. Sosial şəbəkədən gündəlik istifadə edənlərin sayı 1,47 milyard olub. Ancaq planlaşdırılmaya əsasən, bu rəqəm 1,49 milyard olmalı idi.

Oxunub: 1 080
Oxşar xəbərlər
SON XƏBƏRLƏR