dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyaya sanksiyalar dünya nizamına zərbə vurdu


Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar mövcud dünya nizamına ölümcül olmasa da, ciddi zərbə vurub.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu fikri Fransanın “Fiqaro” qəzetinin köşə yazarı Xose Qarson deyib.

Qarsonun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların məqsədi ölkəni qlobal sistemdən sıxışdırmaqdır. O hesab edir ki, gələcəkdə bu, son onilliklər ərzində yavaş-yavaş qurulmuş beynəlxalq konsensusun məhvinə gətirib çıxara bilər.

"Rusiya gələcəkdə Qərbə müqavimət göstərəcək düşərgəsini yarada bilər. Rusiya düşərgəsi Qərbdən daha güclü olacaq, çünki buraya Çin və bir çox başqa ölkələr daxil olacaq. Antirusiya sanksiyaları beynəlxalq sistemin çoxtərəfliliyini məhv edir, lakin Moskvaya ciddi ziyan vurmur", - deyə o qeyd edib.

Oxunub: 699
Oxşar xəbərlər
SON XƏBƏRLƏR