dini radikalizm və ekstremizmlə mübarizə

İyunda Azərbaycanın qeyri-neft ixracı 33,7% artıb

Baxış Sayı:1 204

İyunda Azərbaycanın qeyri-neft ixracı 33,7% artıb

Bu ilin iyun ayı Azərbaycanın ümumi ixracı 1,3 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 255 mln. dollar təşkil edib.

Djb.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, iyun ayında ticarət saldosu müsbət 400,5 mln dollar təşkil edib ki, ötən ilin eyni ayında mənfi göstəriciyə malik idi. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin iyun ayı ilə müqayisədə 33,7% və ya 64,2 mln. dollar daha çoxdur.

Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 112,2 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 142,7 mln. dollar təşkil edib.

2021-ci ilin iyun ayında yeyinti məhsullarında 11,8%, qeyri-yeyinti məhsullarının ixracında isə ötən ilin eyni ayı ilə müqayisədə 58,1% artım müşahidə edilib. Yeyinti məhsullarının iyun ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr tərəvəz, meyvə, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, heyvan və bitki mənşəli piylər, yağlar və onlardan alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və bitki mənşəli
mumlar, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrin qabıqları və ya qovun qabıqcıları və s. təşkil edib. Qeyri-yeyinti məhsullarının tərkib hissəsində əsas drayver rolunu isə filizlər, şlaklar və kül, gübrələr, pambıq, qara metallar, plastmassa və onlardan hazırlanan məmulatlar, mis və ondan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa onların hissələri və ləvazimatları şərtləndirib.

Mərkəzdən bildirilib ki, ümumilikdə bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracı 8,8 mlrd. dollar, qeyri-neft sektoru üzrə 1,2 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 248 mln. dollar və ya 27,1% artıb.

2021-ci ilin yanvar-iyun ərzində meyvə-tərəvəz ixracı 306,4 mln. dollar, pambıq lifi ixracı 123 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 61 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53 mln. dollar, pambıq ipliyi ixracı 23 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 36 mln. dollar, şəkər ixracı 19 mln. dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 16 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 6,8 mln. dollar və çay ixracı 4,2 mln. dollar təşkil edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR