dini radikalizm və ekstremizmlə mübarizə

Qürurlu Azərbaycan xalqına arzu edirəm ki... - Drozdov

Qürurlu Azərbaycan xalqına arzu edirəm ki... - Drozdov

Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, "Heyvanlar Aləmi" verilişinin aparıcısı Nikolay Drozdov "Moskva-Bakı" portalına Azərbaycanla olan köhnə dostluğundan, Heydər Əliyev ilə birgə gördüyü işlərindən danışıb.

Kult.az xəbər verir ki, rusiyalı aparıcı Azərbaycan-Ermənistan sərhədində kəskinləşən vəziyyətlə bağlı Azərbaycana dəstəyini bildirib.

“Bilirəm ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir. Mən elm adamıyam, siyasət məndən çox uzaqdır. Mənim mövqeyim dünya barışıdır. Azərbaycanla məni uzun illərin dostluğu birləşdirir. Azərbaycanda sülhün bərqərar olmasını, qürurlu Azərbaycan xalqının bu kədərin öhdəsindən gəlməsini arzulayıram!

Əvvəllər hər il Azərbaycana səfər edirdim, tələbə kimi universitetdə təcrübə keçirdim. Daha sonra elmi səfərlərə gəlirdim, müxtəlif verilişlər çəkirdim. Uzun illər Qara Mustafayevlə dostluq etdim, ona hətta "Bakının Drozdovu" da deyirdilər. Qara Azərbaycan televiziyasında təbiət haqqında veriliş aparırdı. Onunla dost idik, amma təəssüf ki, 90-cı illərdə əlaqəmiz kəsildi. Mən Heydər Əliyev və onun böyük qardaşı, azərbaycanlı alim Həsən Əliyevlə də tanış idim. Hətta onlarla birlikdə bir veriliş də çəkmişdim. Heydər Əliyev çox maraqlı insan idi. Mənim bütün həyatım Azərbaycanla bağlıdır və sevimli ölkəmin belə bir fəlakətlə üzləşməsi məni kədərləndirir!" - N.Drozdov qeyd edib.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR