dini radikalizm və ekstremizmlə mübarizə

Naxçıvanda pandemiyadan zərər çəkən sahibkarlara 3 mln. manat maliyyə yardımı edilib

Naxçıvanda pandemiyadan zərər çəkən sahibkarlara 3 mln. manat maliyyə yardımı edilib

Pandemiyanın Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsi və fərdi sahibkarlara birdəfəlik maliyyə yardımının verilməsi üçün vəsait ayrılıb.

"APA-Economics" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, 293 sahibkarlıq subyektində çalışan 3 266 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün ümumilikdə 1,257 mln. manat məbləğində vəsait köçürülüb, 3 913 fərdi sahibkarlara, ümumilikdə, 1,740 mln. manat məbləğində birdəfəlik maliyyə yardımı göstərilib.

Ümumilikdə, qeyd edilən sahələr üzrə muxtar respublikada fəaliyyət göstərən sahibkarlara bu günə qədər edilən maliyyə yardımının məbləği 2,997 mln. manat olub. Vəsaitlərin ayrılması davam etdirilir.

Oxunub: 467
Oxşar xəbərlər
SON XƏBƏRLƏR