dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın bank sektorunun aktivləri azalıb

Azərbaycanın bank sektorunun aktivləri azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 1,5% azalaraq cari il aprelin 1-nə 32 218,9 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 2,2% artaraq 14 900,9 mln. manatdan 15 232,7 mln. manata çatıb. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 473 mln. manat məqsədli ehtiyat ayrılıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 2,4% azalaraq cari il aprelin 1-nə 27 477,9 mln. manat təşkil edib. Öhdəliklərin 20 586,6 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 8 158,7 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

Məlumata əsasən, cari il aprelin 1-nə bank sektorunun cəmi kapitalı 4 741 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,5% çoxdur.

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR