dini radikalizm və ekstremizmlə mübarizə

Küveyt və Səudiyyə Ərəbistanı iki ölkə arasındakı neytral zonada neft hasilatına başlayır

Küveyt və Səudiyyə Ərəbistanı iki ölkə arasındakı neytral zonada neft hasilatına başlayır

Küveyt və Səudiyyə Ərəbistanı iki ölkənin sərhədindəki neytral zonada yerləşən Əl-Vəfra və Əl-Xafci məntəqələrində eksperimental neft hasilatına başlayır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Küveytin neft, su və energetika naziri Xalid əl-Fadel deyib.

Nazirin sözlərinə görə, bu ilin sonuna qədər neytral zonada neft hasilatının səviyyəsi gündə 550 min barelə çatacaq.

Qeyd edək ki, üç ildən çox davam edən fasilədən sonra 2019-cu ilin dekabrında Səudiyyə Ərəbistanı və Küveyt arasında neytral zonada neft hasilatını bərpa etmək barədə saziş imzalanıb.

Xatırladaq ki, dünyadakı neft ehtiyatlarının təxminən 0,5%-i bölgənin yataqlarında hasil edilib.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR