“Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb”.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, burada məqsəd pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: “Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.
Oxunub: 519