Bu ilin oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395 210,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 4,9% çoxdur.
"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin sentyabr ayı ilə müqayisədə 5,7% artaraq 110 802,4 min manat olub.
ƏDV üzrə daxilolmalar isə oktyabrda 5,3% artaraq 264 860,5 min manat, aksizlər üzrə 5,7% azalaraq 15 830,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 7,1% artaraq 3 717,3 min manat təşkil edib.
Oxunub: 550