dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir.

"APA-Economics"in məlumatına görə, bunu Enerji Xartiyasının Baş katibi Urban Rusnak Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

"Ötən il "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi tamamlandı. Bu il biz 2019-cu ilin sonunda yekunlaşdırılması və 2020-ci ilin əvvəlində müvafiq orqanlarla müzakirəsi gözlənilən Azərbaycanın ilk Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlamışıq", - deyə U. Rusnak qeyd edib.

Baş katib enerji transformasiyası dövründə enerjiyə çıxış, artan enerji tələbatı, qlobal istiləşmə və davamlı inkişaf məsələlərini həll etmək üçün səyləri birləşdirməyin vacibliyini qeyd edib.

Bundan başqa, U. Rusnak çıxışında Azərbaycanın sədrliyi dövründə atılacaq фddımlardan, eləcə də Azərbaycanla Enerji Xartiyası arasında əməkdaşlıqdan danışıb.

Oxunub: 475
Oxşar xəbərlər
SON XƏBƏRLƏR