Hesablama Palatasının Kollegiya iclası keçirilib.
“APA-Economics”in məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, eləcə də nazirlik sistemi üzrə daxilolmaların hesablanması və ödənilməsinə dair aparılan audit və Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə maliyyə və uyğunluq auditinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiqlənib.
Oxunub: 567