dini radikalizm və ekstremizmlə mübarizə

TAP konsorsiumu "market-test"ə start verib

TAP konsorsiumu "market-test"ə start verib

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”ə (bazar sınaqları) start verib. Gələcəkdə bu proses tədarükçülərə kəmərin artırıla biləcək nəqletmə imkanlarından istifadə etməyə potensial şərait yaradacaq.

TAP konsorsiumundan “APA-Economics”ə verilən məlumata əsasən, “market-test” iki mərhələdən ibarət olacaq. İlk mərhələyə iyulun 1-də start verilib, ikinci mərhələ isə 2020-ci ilin birinci rübündən tez başlamayacaq.

Məlumata əsasən, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ın inşasına başlanılandan bəri işlərin 88%-i artıq yekunlaşıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Oxunub: 611
Oxşar xəbərlər
SON XƏBƏRLƏR