2019-cu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 581,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3183,8 manat, qeyri-neft sektorunda 521,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 467,2 manat, özəl müəssisələrdə isə 730,9 manat olub.
Oxunub: 631