Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə iyunun 12-də saat 11:00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurları və bu sahədə həyata keçirilən xidmətlərə dair onlayn maarifləndirici tədbir keçiriləcək.
KOBİA-dan APA-ya verilən məlumata görə, onlayn tədbirdə “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, "Azərenerji" ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nın nümayəndələri müvafiq sahələrdə kommunal xidmətlərə qoşulma, bu sahədə göstərilən xidmətlər və qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarların suallarını cavablandıracaqlar.
Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533). Kompüterlə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaq, “iPhone” və “Android” vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləmək lazımdır.
Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB dostları” onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.
Oxunub: 730