dini radikalizm və ekstremizmlə mübarizə

Mobil cihaz istehsalçılarının Azərbaycan üzrə pay bölgüsü açıqlanıb

Mobil cihaz istehsalçılarının Azərbaycan üzrə pay bölgüsü açıqlanıb
Bu ilin may ayında Azərbaycan mobil qurğuları bazarında "Samsung"un bazar payı aprel ayı ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

ONA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyunun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 55,7% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğuları bazarında birinci yeri tutur.

Cari ilin may ayında "Apple" şirkətinin daxili bazar üzrə məhsullarının payı 6,3 faiz bəndi artıb. Bu göstərici iyun ayının 1-nə olan məlumata görə 14,1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 37,4 faiz bəndi çoxdur. "Apple"ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 13% olmaqla "Xiaomi" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı may ayı ərzində 3,6 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 3,6 dəfə artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,26%, naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 2,55%, LG – 2%, "Nokia" – 1,63%, "Lenovo" – 1,54%, HTC – 1,14%, "Alcatel" – 0,94% və s.

Oxunub: 740
Oxşar xəbərlər
SON XƏBƏRLƏR