dini radikalizm və ekstremizmlə mübarizə

Əmək pensiyası, sosial müavinət və yardımın təyin edilməsi elektronlaşdırılacaq

Əmək pensiyası, sosial müavinət və yardımın təyin edilməsi elektronlaşdırılacaq

Əmək pensiyalarının və müavinətlərin təyin edilməsi, o cümlədən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Oxunub: 662
Oxşar xəbərlər
SON XƏBƏRLƏR