Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 665,678 milyon manat təşkil edib.
Djb.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,3% çoxdur.
Ötən il gömrük rüsumları üzrə daxilolmalar 25,5% artaraq 148,645 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 56% artaraq 481,692 milyon manat, aksizlər üzrə daxilolmalar 2,2 dəfə artaraq 28,911 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 18,7% artaraq 6,431 milyon manat olub.
Oxunub: 642