dini radikalizm və ekstremizmlə mübarizə

Metallurgiya sənayesində artım var

Metallurgiya sənayesində artım var

2018-ci ilin yanvar-avqust aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 525,3 milyon manatlıq məhsul istehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində 18,2 faiz, metallurgiya sənayesində isə 13,4 faiz artım müşahidə edilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu dövrdə sahə üzrə 212,6 min ton (35,8 faiz çox) armatur, 7 276,2 ton (48,6 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 467,6 ton (3,6 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1108,7 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal olunub.

Oxunub: 864
Oxşar xəbərlər
SON XƏBƏRLƏR