dini radikalizm və ekstremizmlə mübarizə

İşə götürülmək istəyirsinizsə bunları etməyiniz kifayıt edər

İşə götürülmək istəyirsinizsə bunları etməyiniz kifayıt edər
İşə qəbul olunmaq yaxşı CV hazırlığından başlayır. Bundan başqa, bəzi davranış qaydaları var ki, onlar sizin karyeranızla bağlı gələcəyinizi həll edə bilər.

Djb.az "Qafqazinfo"-ya istinadən işə qəbul olunmaq üçün lazımi davranış qaydalarını təqdim edir:







Məsuliyyətli olun

CV İnsan Resursları Mütəxəssisinin sizinlə əlaqə quracağı ilk vasitədir. Bu səbəbdən CV hazırlayarkən diqqətli olun və ən azından dil bilgilərinizdə, orfoqrafik qaydalarda səhvə yol verməyin.

Müraciət etdiyiniz şirkəti yaxşı tanıyın

Şirkətlər işə götürəcəyi şəxsin hara müraciət etdiyini bilməsinə önəm verir. Müsahibəyə getdiyiniz şirkəti tanımırsınızsa, bu, haqqınızda "İşsizlikdən ötrü qarşısına çıxan hər yerə müraciət edir" fikrinə səbəb ola bilər.

Diqqət çəkmək üçün çox çabalamayın

Diqqət çəkmək üçün CV-nizdə rəngarəng şriftlərdən istifadə etməyin. Mühüm olan içində yazdığınız təcrübələriniz və özünüzü ifadə tərzinizdir.

İş görüşməsindən əvvəl siqaret və spirtli içki istifadə etməyin

Görüşmədən öncə siqaret çəkməyin. Bu, qarşınızdakının dərhal qoxunu hiss etməsinə səbəb olacaq.

Təmizliyə diqqət edin

İş üçün müsahibəyə getməzdən əvvəl mütləq duş qəbul edin. Sizinlə danışan şəxs sizdən pis qoxu almamalıdır.

Gecikməyin

Ümumiyyətlə, həyatınızda dəqiq olmağı vərdişə çevirin. İş görüşməsi üçün deyilən vaxtdan 15 dəqiqə tez ofisdə olun.

Gözləyərkən telefonla oynamayın

Danışacağınız şəxsi gözləyərkən telefonla oynamaq o anda başqa yerdə olmağa üstünlük verməyiniz mənasına gəlir.

Sərbəst geyinməyin

Geyiminizə diqqət edin. İşləmək istədiyiniz şirkət hər hansı geyim qaydası qoymaya bilər, ancaq siz səliqəyə üstünlük verin.

Çox səmimi olmayın

Qarşınızdakı şəxsi ilk dəfə görürsünüzsə, o sizə hər nə qədər səmimi davransa da, soyuqqanlılığınızı qoruyun.

Bədən dilinə diqqət edin

İş görüşlərində bədən dili çox önəmlidir. Açar oynatmaq, telefona baxmaq, ayaq yelləmək, baş qaşımaq kimi hərəkətlər etməyin.

Oxunub: 783
Oxşar xəbərlər
SON XƏBƏRLƏR