Oxu.Az xəbər verir ki, mayın 21-i, səhər saatlarında Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar bahalaşıb.
Nəticədə neft 71,80 dollar təşkil edib.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar yüksəlib. Bu markalı neft 79,09 dollar olub.