Dünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 0,83% artaraq 62,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,32 dollar və ya 0,47% artaraq 68,16 dollar olub.
“Moody's” analitikləri qeyd edir ki, bu il neft hasilatının artması gözlənilir. Mütəxəssislər bildirir ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neftin 1 barelinin qiyməti 40-60 dollar arasında dəyişməsi təxmin edilir.