dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir

Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir
Türkiyə höküməti dövlət borc öhdəlikləri üzrə müxtəlif pul vahidləri, o cümlədən Rusiya rublunda qiymətli kağızlar buraxmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Biz dövlət borc öhdəlikləri üzrə ciddi şahələndirməyə daxil oluruq, yeni ölkələrə böyük həcmdə vəsait yönəldirik. İlk dəfə olaraq biz "Yol şousunu" Rusiyada həyata keçirdik, Rusiya rublunda olan istiqraz bazarını təhlil etdik və ilkin reaksiyalar müsbət oldu. 2018-ci ildə biz çalışacayıq bondlarımızı (istiqrazlar – Red.) rublda satmağa cəhd edək. Bununla yanaşı biz "panda-bondlar" (Çin yuanında satışa çıxarılan – Red.) bazara çıxış əldə etmək qərarına gəldik. Biz maliyyə münasibətləimizi Türkiyədə fəaliyyətə başlayan Çinin ICBC bankı vasitəsisə inkişaf etdirəcəyik," — deyə baş nazirin müavini Mehmet Şimşek deyib.

O əlavə edib ki, Türkiyə dövlət borc öhdəliklər ilə bağlı qiymətli kağızlar buraxarkən Yaponiya və Yaxın Şərqin maliyyə bazarlarına da çıxa bilər.

Oxunub: 786
Oxşar xəbərlər
SON XƏBƏRLƏR