Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq.
Sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək.
Qarşılaşma "SOCAR Polymer Arena"da, saat 19:00-da start götürəcək.
"Gənclik şəhəri" təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb. Qonaqlar 3 xalla 11-cidir.
Misli Premyer Liqası
I dövrə, X tur
2 noyabr
19:00. "Sumqayıt" – "Şəfa"
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
"SOCAR Polymer Arena"
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Oxunub: 14