dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.

Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərini üstələyərək çempion olublar. Ölkə təmsilçiləri finalda yerli boksçularla görüşü vaxtından əvvəl tam üstünlüklə başa vurublar.

Qeyd edək ki, komandanın çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR