dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir müəllimləri arasında stolüstü tennis yarışı keçirilib


Mingəçevir müəllimləri arasında stolüstü tennis yarışı keçirilib.
Bu gün ATİAHİ Mingəçevir şəhər Komitəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri arasında 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş kişi müəllimləri arasında stolüstü tennis yarışı keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Azərbaycan xalqının xilaskar oğlu ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mükafata layiq yer tutan müəllimlərə Həmkarlar İttifaqı tərəfindən pul mükafatı, diplom və medallar verilməsi nəzərdə tutulub. Təşkil olunan yarışın məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviləşdirilməsi olub. MARTİ Mingəçevir şəhər Təhsil sektorunun idman işləri üzrə metodisti. Azərbaycan Respublikasının " Fəxri Bədən Tərbiyəsi və İdman" –işçisi yarışı açıq elan edib iştirakçılara uğurlar arzulayıb.
Yarışda Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova çıxış edərək yarış iştirakçılarının qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.Həqiqət xanım iştirakçıları həmçinin ATİAHİ RK-nın sədri Araz Paşayevin adından təbrik edib onlara uğurlar arzulayıb.

Qeyd edək ki, yarış 45 yaşadək və 45 yaşdan yuxarı 2 yaş qrupunda keçirilib. Məktəb müəllimlərinin iştirak etdiyi gərgin və maraqlı keçən idman mübarizəsində ilk 3 yerin qalibi müəyyən olunub. Qaliblərə diplom və medallar təqdim olunub.
İdman müəllimi Xəqani Mikayılov həmkarlar ittifaqı tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıya görə əvvəlcə şəhər komitəsinin sədri Həqiqət xanıma və RK-nın sədri Araz Paşayevə təşəkkürlərini çatdırıb. Belə idman yarışlarının davamlı olmasını arzulayıb.
Qeyd edək ki, stolüstü tennis yarışı ATİAHİ Mingəçevir şəhər Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Esmira Hidayətova,Mingəçevir.
[center]








Oxunub: 407
Oxşar xəbərlər
SON XƏBƏRLƏR