dini radikalizm və ekstremizmlə mübarizə

“Zəhmətlə Zəfərə doğru»... - Hicran Şərifovun həyat hekayəsi


Djb.az “Son illərin maraqlı kitabları” rubrikasında “Zəhmətlə Zəfərə doğru» kitabını təqdim edir.

"Zəhmətlə zəfərə doğru" kitabında "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuş, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim, London Yay Olimpiya Oyunlarının "Qızıl Fit" mükafatçısı Şərifov Hicran İbrahim oğlunun keçdiyi şərəfli həyat yolundan, səmərəli fəaliyyətindən, beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etməsindən və bu yolda göstərdiyi xidmətlərdən bəhs olunur.

“Zəhmətlə zəfərə doğru” kitabında Hicran Şərifovun ayrı-ayrı müsahibələri, tanınmış idman xadimlərinin, dostlarının onunla bağlı fikirləri yer alıb.

Kitabı uğurlu karyera qurmaq istəyən gənclər üçün sanballı mənbə kimi qiymətləndirmək olar.

Müsahibələrinin birində müəllim, məşqçi, hakim kimi fəaliyyət göstərən Hicran Şərifov deyir:

- “Zəhməti sevirəm, mən öz əziyyətimlə bu günə gəlib çıxmışam. Müəllimlik sevdiyim peşədir, öyrətməyi sevirəm, bu gün polis olduğum üçün fəxr edirəm, Hakiməm, neçə-neçə sözünü demiş idmançılara ta uşaq yaşlarından hakim, müəllim, məşqçi olmuşam.Bütün işlərimlə Vətənə, dövlətə qulluq edirəm və bununla da fəxr edirəm.”

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.













Oxunub: 261
Oxşar xəbərlər
SON XƏBƏRLƏR