dini radikalizm və ekstremizmlə mübarizə

“Formula 1” üzrə Bakı Qran-prisinin tarixi AÇIQLANDI

“Formula 1” üzrə Bakı Qran-prisinin tarixi AÇIQLANDI


2023-cü ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.

djb.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28-30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.

Qeyd edək ki, Bakı trasındakı son Qran-Pri bu il 10-12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.

Oxunub: 310
Oxşar xəbərlər
SON XƏBƏRLƏR