dini radikalizm və ekstremizmlə mübarizə

Futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verilə bilər

Futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verilə bilər

FIFA və UEFA əcnəbi futbolçulara Rusiya klubları ilə müqaviləni ləğv etməyə icazə verə bilər.

Djb.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, adıçəkilən qurumlar hazırda bu məsələni müzakirə edir.

Yaxın 7-10 gün ərzində qərarın açıqlanması gözlənilir. Müqavilələrə birtərəfli xitam verilməsi oyunçuların gələcək karyerasına mənfi təsir etməyəcək. Buna görə, onlara hansısa cəza tətbiq olunmayacaq.

FIFA və UEFA bu ideyanı mümkün qədər tez həyata keçirmək istəyir ki, futbolçular Rusiya təyyarələri üçün hələ də açıq olan İstanbul və ya Belqrad vasitəsilə ölkəni tərk etmək imkanı əldə etsinlər.

Oxunub: 1 111
Oxşar xəbərlər
SON XƏBƏRLƏR