dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə son çəki dərəcələrində - 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. Azərbaycan güləşçilərindən ikisi adını yarımfinala yazdırıb.

Yarışa 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov (61 kq) sensasiyaya imza ataraq kubalı dünya çempionu Yovlis Bonne Rodrigerə 7:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Lakin o bu uğurunu növbəti mərhələdə davam etdirə bilməyib. Yarımfinala gedən yolda Behnam Eşaq Ehsanpur (İran) təmsilçimizi 13:12 hesabı ilə məğlub edib.

Cəbrayıl Həsənov (79 kq) da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisi Dmitri Tkaçenkonu 7:0 hesabı ilə yenərək 1/4 finala adlayıb. İkinci qarşılaşmasında Qalimjan Usserbayevlə (Qazaxıtsatn) üz-üzə gələn pəhləvan yarımfinala yüksəlməkdə çətinlik çəkməyib. O, bu dəfə rəqibinə 13:4 hesabı ilə qalib gəlib. C. Həsənov yarımfinalda Taymuraz Salkazanovu (Slovakiya) sınağa çəkəcək.

Aleksandr Qostiyev (86 kq) ilk görüşdə Özbəkistan idmançısı Cavrail Şapiyevə 1:4 hesabı məğlub olub. Onun rəqibi isə finala yüksələ bilmədiyindən güləşçi yarışla vidalaşıb. Bu təmsilçimizi Olimpiya lisenziyası qazanmaqdan da məhrum edib.

Şərif Şərifov (97 kq) təsnifat mərhələsində koreyalı Minvon Seonu üstələyib - 4:1. Olimpiya, dünya və Avropa çempionu Ukrayna güləşçisi Valeri Andreytsova da gücünü göstərərək (4:0) adını 1/4 finala yazdırıb. O, yarımfinal üçün Elizbar Odikadze (Gürcüstan) ilə qüvvəsini sınayıb və bu görüşdən də qalib ayrılıb - 6:0. Bu qələbə Ş. Şərifova həm yarımfinala, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə verib.


Bu çəki dərəcələrindən 86 kq və 97 kq-da ilk “6-lıq”da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.

Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Oxunub: 1 394
Oxşar xəbərlər
SON XƏBƏRLƏR