Azərbaycan karateçilər Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 bürünc medal qazanıblar.
APA-nın məlumatına görə, milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə 3-cü yeri tutublar.
Onlar bununla reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər.
Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan yığma üzvləri iyunun 11-də Bakıya dönüb, II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.
Oxunub: 666