"Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlarda ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb".
Djb.az-in ONA-ya istinadən məlumatına gorə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: "Çarter reysi ilə gələn Arsenal və Çelsi azarkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq".
Oxunub: 711