Azərbaycan boksçusu Lorenso Sotomayor Çexiyada keçirilən Usti-nad-Labem Qran-prisində finala yüksəlib.
Open.az-ın məlumatına görə, 34 yaşlı idmançı yarımfinalda tailandlı Nasuk Vuttiçaya qalib gəlib – 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27). 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı həlledici görüşdə norveçli Hadi Srurla döyüşəcək.
Sotomayordan fərqli, Alfonso Dominges (81 kq) finala yüksələ bilməyib. Dominges yarımfinalda kubalı olimpiya çempionu, dünya çempionatının dördqat qalibi Xulio Sesar La Krusa 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.