dini radikalizm və ekstremizmlə mübarizə

FEDERASİYANIN KEÇMİŞ BAŞ KATİBİ ƏJDƏR CƏFƏROVUN QURBANLARI İLƏ TANIŞ OLUN

FEDERASİYANIN   KEÇMİŞ  BAŞ KATİBİ ƏJDƏR CƏFƏROVUN QURBANLARI İLƏ TANIŞ OLUN
Əjdər Cəfərovun qurbanlarını sizlərlə tanış edirik. Onlardan biri Məmmədov Vahid Şərafəddin oğlu 54-il idman sahəsində fəaliyyət göstərib. O, ömrünü şam kimi idmançıların hazırlanması üçün əritmişdir. Məhz Azərbaycan bayrağının ucalması üçün hazırladığı idmançıları ilə hər zaman öndə olmuşdur.
37- il məşqçi vəzifəsində çalışmışdır.
16-il SSSR-i idman ustası olmuş, 2000-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Şöhrət Ordeninə layiq görülmüşdür.
Vahid Məmmədovun tələbəsi və şəxsi məşqçisi olduğu Namiq Abdullayev 2000- cü ildə Olimpiya Çempiyonu olmuşdur.
2018-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən İdman xadimi medalına layiq görülmüşdür.
Bu kimi nailiyyətləri olan insanların hamısının qazancını əlindən alaraq işdən çıxarmaqla qorxu altında saxladığı məşqçilərin sayı hesabı bilinmir. Redaksiyamıza Əjdər Cəfərovla bağlı müraciət edən şikayətçilərin sayı günü- gündən artmaqdadır. Bizdə olan məlumata görə şikayətçilərin içində xarici vətəndaşlarda var. Artıq bir neçə ay davam edən şikayət hələki həlli yolunu tapmayıb.
İnanıram ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar tezliklə öz nəticəsini verəcəkdir.Dünya şöhrətli məşqçilərə və idmançılara qarşı edilən bu haqqdızlığa son veriləcəyinə ümid edirik.
(Bizi izləyin)


Almaz İlahə

FEDERASİYANIN   KEÇMİŞ  BAŞ KATİBİ ƏJDƏR CƏFƏROVUN QURBANLARI İLƏ TANIŞ OLUN
FEDERASİYANIN   KEÇMİŞ  BAŞ KATİBİ ƏJDƏR CƏFƏROVUN QURBANLARI İLƏ TANIŞ OLUN

Oxunub: 848
Oxşar xəbərlər
SON XƏBƏRLƏR