dini radikalizm və ekstremizmlə mübarizə

AVRO-2020-nin səfirləri açıqlanıb

AVRO-2020-nin səfirləri açıqlanıb
AVRO-2020-nin səfirlərinin siyahısı açıqlanıb.

ONA-nın məlumatına görə, UEFA bunun üçün 34 sabiq futbolçunu seçib.

Bu oyunçular 12 müxtəlif yığmanın heyətində parlayıb. Siyahıda Fransa və Portuqaliya daha çox – hərəyə 6 ulduzla təmsil olunub. Səfirlər arasında İspaniya 4, Hollandiya və İngiltərə 3, Almaniya, Çexiya, Yunanıstan, Danimarka və İtaliya 2, Rusiya və İsveçin 1 futbolçusu var.

AVRO-2020-nin səfirləri

Andrey Arşavin (Rusiya)

Angelos Xaristeas (Yunanıstan)

Deku (Portuqaliya)

Alessandro del Pyero (İtaliya)

Marsel Desayi (Fransa)

Yuri Corkayeff (Fransa)

Ruud Qullit (Hollandiya)

Tyerri Anri (Fransa)

Kristian Karambö (Fransa)

Yurgen Klinsmann (Almaniya)

Patrik Klyuvert (Hollandiya)

Henrik Larson (İsveç)

Brayan Laudrup (Danimarka)

Luiş Fiqu (Portuqaliya)

Manişe (Portuqaliya)

Lotar Matteus (Almaniya)

Stiv Makmanaman (İngiltərə)

Qaiska Mendieta (İspaniya)

Antonios Nikopolidis (Yunanıstan)

Nunu Qomeş (Portuqaliya)

Maykl Ouen (İngiltərə)

Robert Pires (Fransa)

Karel Poborski (Çexiya)

Karles Puyol (İspaniya)

Rikardo Karvalyo (Portuqaliya)

Peter Şmeyxel (Danimarka)

Klarens Zeedorf (Hollandiya)

Alan Şirer (İngiltərə)

Vladimir Şmitser (Çexiya)

David Trezeqe (Fransa)

Vitor Baya (Portuqaliya)

Xabi Alonso (İspaniya)

Xavi Ernandes (İspaniya)

Canluka Zambrotta (İtaliya)

Qeyd edək ki, AVRO-2020-nin 12 ölkədə keçiriləcək final mərhələsinin 4 qarşılaşması Bakıda baş tutacaq. Qrup mərhələsinin üç oyunu və 1/4 final mərhələsinin bir görüşünə Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Oxunub: 736
Oxşar xəbərlər
SON XƏBƏRLƏR