Dünya şahmat tacı uğrunda görüşün qalibi məlum olub.
Oxu.Az xəbər verir ki, norveçli Maqnus Karlsen amerikalı şahmatçı Fabiano Karuanaya qalib gəlib.
İlk 12 partiya heç-heçə nəticələndiyindən görüşün taleyi tay-breykdə həll olunub.
Karslen dörd partiyadan üçündə rəqibindən üstün olub və nəticədə dünya şahmat tacına yiyələnib.
Qeyd edək ki, Karlsen artıq 5 ildir şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlayır.