dini radikalizm və ekstremizmlə mübarizə

İflic olan dünya çempionumuz rinqə çıxdı - Tam qələbə

İflic olan dünya çempionumuz rinqə çıxdı - Tam qələbə

Xəbər vermişdik ki, uzun müddətdir iflicdən sağalmaq üçün müalicə alan idmançı Sənan Əliyev döyüşə hazırlaşır.

Riskə gedərək "qanlı döyüş”ə hazırlaşan "Boz Qurd” ləqəbli döyüşçü növbəti qələbəsini qazanıb. Dünya və Avropa çempionu Unikal.org-a qələbəsi və qarşıdakı döyüşündən danışıb:

"AFMC ve ULTİMAX kəməri uğrunda döyüş idi. Görüşü ikinci raundda tam qələbə ilə qazandım. Bir ildən artıq idi xəstəliyimlə bağlı rinqlərdə yox idim. Ötən il aprelin 28-i Peşəkarların Avropa Çempionatında qələbə qazandıqdan sonra Azərbaycana gəldim. Bildiyiniz kimi sonra iflic keçirdim. Həmin gündən xəstəliklə mübarizə apardım və yenidən rinqə qayıtdım. Rəqibim gürcüstanlı İsaevi Dursun idi. Qarşıda məni daha bir rinq gözləyir. Belə ki, əvvəlki müsahibəmdə də demişdim. Dünya Çempionatına hazırlaşıram. Geri çəkilməyəcəm, gələn il döyüşəcəm. Məqsədim daha 2-3 il döyüşməkdir. Mənim üçün əsas olan rinqə çıxıb, orada dərin nəfəs almaq idi. O rinqin havasını udmaq mənə böyük stimul verdi. Udmaq və ya uduzmaq mənim üçün bir o qədər maraqlı deyildi. Allaha çox şükürlər olsun ki, məni rinqə qaytardı. Dostlarım sevindi, az da olsa düşmənim olan şəxslər də qələbəmi görüb söndülər. Dünya çempionatındaAzərbaycan və Turan bayrağıyla "Bozqurd” işarəsi tutmaq ən böyük xəyalımdır”.

Qeyd edək ki, Sənan Əliyev 2017-ci ildə Ukraynada keçirilən beynəlxalq yarışa qatılıb. Ukraynadan Azərbaycana gələnə qədər heç bir ağrısı olmayan idmançı vətənə qayıtdığı günün sabahı sağ tərəfində uyuşma hiss edib. Zamanla səhhətində problem yarandığı üçün idmançı həm nitq, həm də yerimə qabiliyyətini itirib. O həmin vaxtdan etibarən iflicdən müalicə almağa başlayıb. /Unikal.org/

Oxunub: 1 091
Oxşar xəbərlər
SON XƏBƏRLƏR