Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Fransanın "Nitsa" klubundan ayrılan Lüsyen Favr Almaniya təmsilçisinin sükanı arxasına keçib.
İsveçrəli mütəxəssislə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb. Favr bu postda Tomas Tuxeli əvəzləyəcək.
Qeyd edək ki, Dortmund "Borusiyya"sı bu mövsüm Almaniya çempionatında dördüncü yeri tutub.