İstanbulun "Qalatasaray" klubu bu gün 21-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün "CimBom"a "Göztəpə" ilə səfər matçında heç-heçə də kifayətdir.
Son tur (33-cü) ərəfəsində 72 xala malik Fatih Terimin komandası çempionluğa iddialı ən yaxın izləyiciləri "Fənərbağça" və "Başakşehir"dən 3 xal öndədir. 49 xala malik "Göztəpə" "Sivasspor"la birgə 6-7-ci yerləri bölüşür.
Oxunub: 959