Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarının 2018-ci ildə ilk təlim-məşq toplanışının vaxtı müəyyənləşib.
“Report” xəbər verir ki, yığmalar yeni baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında yanvarın 9-da Türkiyənin Antalya bölgəsində hazırlığa başlayacaq. Toplanış yanvarın 26-dək davam edəcək.
Qeyd edək ki, U-20 yığması yeni yaradılıb.