Ötən gün Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
“VAZ 2107” markalı minik avtomobili, “Mercedes” markalı yük maşını və “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər həlak olub.
Belə ki, “VAZ 2107”nin sürücüsü, Sabirabad rayonunun Muradbəyli kənd sakini 1961-ci il təvəllüdlü Dadaşov Akif Qoca oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Dadaşova Anaş Baladay qızı, eləcə də “Mercedes Vito”da olan sərnişin, Lənkəran rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Kamran Əliqəmbər oğlu aldıqları ağır xəsarətlərdən həlak olublar.
Daha 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxunub: 0