dini radikalizm və ekstremizmlə mübarizə

Sarkisyan Gömrük Komitəsi rəhbərinin evini soydu

Sarkisyan Gömrük Komitəsi rəhbərinin evini soydu

İrəvan Məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanı (Alraxatsi Levik) 9 il müddətinə azadlıqdan məhrum edib.

Djb.az olke.az-a istinadən xəbər verir ki, məhkəmə onu Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Armen Avetisyanın evində quldurluq cinayəti törətməyi sifariş verməkdə və təşkil etməkdə təqsirli bilib.


Hadisə 14 il əvvəl baş verib.

Onun kürəkəni Suren Qazaryan 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Levon Sarkisyan Ermənistan Respublikasının vətəndaşları Ara Karapetyan və Armen Nikoqosyan tərəfindən yaradılmış cinayət sxemində iştirak edərək Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyana məxsus malikanəyə külli miqdarda oğurluq və quldurluq hadisəsini sifariş edib və ona rəhbərlik edib.

2018-ci ilin oktyabrından Sarkisyan axtarışa verilib, 2019-cu ilin noyabrında Moskvada tapılaraq Ermənistana gətirilib.

Oxunub: 433
Oxşar xəbərlər
SON XƏBƏRLƏR