dini radikalizm və ekstremizmlə mübarizə

Balakəndə evə ildırım düşdü, yanğın oldu

Balakəndə evə ildırım düşdü, yanğın oldu

Balakəndə fərdi yaşayış evini ildırım vurub.

Djb.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saat 22 radələrində rayonun Katex kəndində, kənd sakini Məmmədvəli Əsəbəli oğlu Kərimova məxsus, ümumi sahəsi 156 kvadratmetr olan, kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, iki otaq əşyaları ilə birilikdə tam yanıb.

Otaqlar və aynəbəddin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, fərdi yaşayış evində baş verən yanğın evi ildırım vurması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR