Sumqayıtda qətl hadisəsi törədilib.
Djb.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
İki nəfər arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Musayev Rövşən Yusif oğlu bıçaqlanıb. 45 yaşlı kişi aldığı bıçaq yaralarından ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Oxunub: 1 549