dini radikalizm və ekstremizmlə mübarizə

Tovuzda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var

Tovuzda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetməni itirib. Nəticədə minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb. Bu zaman dayanacaqda olan 1977-ci il təvəllüdlü Heydərov Çoban Asif oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Pərviz Mübariz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 768
Oxşar xəbərlər
SON XƏBƏRLƏR